Məşhur türkiyəli müğənni Hadisə İzmir konsertindən sonra İstanbula gəlib. O, Nişantaşında bacısı Derya Açıkgöz ilə birlikdə görüntülənib.
Dergi.az xəbər verir ki, 22 oktyabrda 40 yaşı tamam olan müğənni jurnalistlərin suallarını cavablandırıb. Hadisə yeni yaşında sağlamlıq, hüzur və bərəkət arzuladığını bildirib. Jurnalistlər “Eşq arzulamadınız?” sualını verəndə isə müğənni gülərək “Orası mənə qalsın” deyib.
Hadisənin şən əhval-ruhiyyəsi diqqət çəkib. Uzun müddətdir küs olduğu bacısı Hülya Açıkgöz ilə barışıb-barışmayacağı maraq doğurur.
