Türkiyəli müğənni Hadise uzun illərdir danışmadığı bacısı Hülya Açıkgözlə yaşadığı problem barədə ilk dəfə açıq danışıb.

Dergi.az xəbər verir ki, Hadise bacısı ilə arasında baş verən fikir ayrılığının təfərrüatlarını açıqlaya bilməyib. Sənətçi bu məsələ ilə bağlı qarşılıqlı razılaşmalarının olduğunu bildirib.

“Aramızda bir fikir ayrılığı yaşandı, amma bu barədə danışa bilmirəm. Çünki aramızda bu mövzuları danışmamaq barədə razılaşma var. Artıq danışmırıq, amma onu sevirəm” deyə, Hadise bildirib.