Türkiyəli aktyor Çağan Efe Ak, Kanal D-də yayımlanan “Daha 17” serialında canlandırdığı Aras obrazının ona əhəmiyyətli fərqindəliklər qazandırdığını bildirib.
Dergi.az xəbər verir ki, aktyor, serialdakı abi-qardaş hekayəsinin öz həyatına da toxunduğunu və Aras sayəsində qardaşının onun üçün nə qədər dəyərli olduğunu bir daha anladığını qeyd edib.
Arasın yaşadığı emosional səyahətdən çox təsirləndiyini deyən Ak, obrazı ilə güclü bir bağ qurduğunu vurğulayıb. Arasın qardaşına duyduğu bağlılıq və onu qoruma cəhdinin ona ailəsinin dəyərini yenidən xatırlatdığını bildirib.
Ak, serialda qardaşına həyat verən Ata Yaşat ilə setdəki dostluqlarının zamanla güclü bir dostluğa çevrildiyini və artıq qardaş kimi olduqlarını deyib.
Çağan Efe Ak, izləyicilər qədər özlərinin də hekayənin inkişafını maraqla izlədiklərini və ən çox gözlədikləri səhnənin Aras ilə qardaşının qovuşma anı olduğunu ifadə edib.
