Türkiyəli serial “Güllər və Günahlar” Latin Amerikanın nüfuzlu PRODU Awards mükafatında “İspan dilindən başqa ən yaxşı telenovela” kateqoriyasında namizəd olub.

Dergi.az xəbər verir ki, serialın baş rol ifaçılarından Cemre Baysel “İspan dilindən başqa ən yaxşı qadın aktrisa”, Murat Yıldırım isə “İspan dilindən başqa ən yaxşı kişi aktyor” kateqoriyalarında namizədlik qazanıb.

Serialın beynəlxalq uğurları Kanal D International tərəfindən elan edilən üç namizədliklə davam edir. Bu, “Güllər və Günahlar”ın beynəlxalq səfərində əhəmiyyətli bir nailiyyət kimi qiymətləndirilir.

NGM istehsalı olan və prodüserliyini Nazlı Heptürkün üstləndiyi “Güllər və Günahlar” hər şənbə saat 20:00-da Kanal D-də yayımlanır.