Rusiyalı müğənni Dmitri Malikovun qızı Stesha Malikova Parisdə istirahət edir.
Dergi.az xəbər verir ki, 26 yaşlı influencer və Dress by Stesha geyim markasının yaradıcısı, Fransanın paytaxtında necə vaxt keçirdiyini sosial şəbəkələrdə nümayiş etdirib. O, Paris restoranında kartof fri və makaronla şam yeməyi zamanı çəkilmiş fotolarını yayımlayıb.
Stesha Malikova həmçinin Chanel butiki və digər yerlərdən də görüntülər paylaşıb. “Paris yenidən çağırır”, – deyə ulduzun qızı yazıb.
Qeyd edək ki, Stesha Malikovanın həddindən artıq arıqlığı ilə bağlı tənqidlərə baxmayaraq, o, düzgün qidalanma və idmanla məşğul olmağı sosial mediada aktiv şəkildə təbliğ edir.
Onun atası Dmitri Malikov da qızının arıqlığı ilə bağlı açıqlama verib.
