Fələstinli aktrisa Hiam Abbass Avropa Film Akademiyasının Dünya Kinosunda Avropa Nailiyyəti üçün fəxri mükafatını alacaq.

Dergi.az xəbər verir ki, Abbass bu mükafatı 16 yanvar 2027-ci ildə Afinada keçiriləcək 39-cu Avropa Film Mükafatları mərasimində alacaq və mərasimin fəxri qonağı olacaq.

Nazaret şəhərində doğulan Abbass, aktrisa karyerasına Şərqi Qüdsdəki Fələstin Milli Teatrı El-Hakawati-də başlayıb. O, 1980-ci illərin sonlarından Parisdə yaşayır.

Abbass 1989-cu ildə Ariane Mnouchkine-nin “La nuit miraculeuse” filmində ilk baş rolunu oynayıb və o vaxtdan bəri 100-dən çox filmdə rol alıb.

Abbass iki dəfə Avropa Film Mükafatlarına namizəd göstərilib və qızı Lina Soualem-in “Bye Bye Tiberias” sənədli filmi də 2024-cü il Avropa Film Mükafatlarına namizəd olub.