Rusiyalı televiziya aparıcısı Aleksandr Qordon 24 yaşlı həyat yoldaşı Alina Mixaylova ilə birlikdə “Prometey” Beynəlxalq Sənaye Film Festivalına qatılıb.

Dergi.az xəbər verir ki, cütlük Perm şəhərində keçirilən tədbirdə iştirak edib. Alina Mixaylova Tomskdan olan rəssamdır və Qordonla 2025-ci ilin dekabrında ailə həyatı qurub. Bu, Qordonun altıncı evliliyidir.

Televiziya aparıcısı daha əvvəl 2022-ci ilin may ayında 20 yaşlı arfa ifaçısı Sofiya Kalandaadze ilə evlənib. Lakin bu nikahın nə vaxt sona çatdığı məlum deyil.

Qordon bundan əvvəl aktrisa Nozanin Abdulvasieva ilə altı il evli olub və cütlüyün iki oğlu var. Onlar 2020-ci ildə boşanıblar.