Rusiyalı model Anastasiya Reşetova ikinci uşağına hamilədir və xəyanətə meyilli kişiləri seçmədiyini açıqlayıb.

Dergi.az xəbər verir ki, Reşetova sosial media hesabında izləyicilərinin suallarını cavablandıraraq bildirib ki, bir kişi öz marağını başqa qadına göstərmədikcə, onu heç kim əlindən ala bilməz.

Model qeyd edib ki, çox nadir hallarda bir qadın evli və “əlçatmaz” kişiyə hücum edir. Əsasən bu, kişinin təşəbbüsü ilə baş verir. O, bir müddət əvvəl özünü xəyanətə meyilli ola biləcək kişiləri seçməmək qərarına gəldiyini vurğulayıb.

Reşetova hazırda ikinci dəfə ana olmağa hazırlaşır. İddialara görə, onun ikinci uşağının atası Donetskli iş adamı Valeri Tsvyekdir. Reşetova əvvəlki sevgilisi, reper Timatinin oğlunu tərbiyə edir.