Türkiyəli aktyor Bülent Polat, “Avrupa Yakası” serialında canlandırdığı Şehsuvar obrazı ilə tanınır. O, pandemiya dövründə Çanaqqalada torpaq alaraq şəhər həyatından uzaqda, həyat yoldaşı Duyğu Şenoğlu və iki övladı ilə birlikdə fərqli bir həyat qurub.
Dergi.az xəbər verir ki, Bülent Polat və ailəsi ən yaxın yaşayış yerindən təxminən 5 kilometr uzaqda, 6 dönümlük bir sahədə yaşayır. Aktyor vaxtının böyük hissəsini bağ işləri ilə keçirir və torpaqla məşğul olmaq, odun toplamaq və mövsümə uyğun əkin etmək onun gündəlik həyatının bir hissəsidir.
Polat, bu seçimin müvəqqəti bir qaçış olmadığını və arzuladığı həyat tərzini həyata keçirdiyini deyir. O, ailəsinin bu sistemə uyğunlaşmasından məmnun olduğunu və təbiətlə qurduğu əlaqənin əhəmiyyətini vurğulayır.
Elektriksiz və telefonsuz olan kənddəki həyat, texnologiyadan uzaq olması ilə diqqət çəkir. Ailə istilik və yemək hazırlamaq üçün sobadan istifadə edir. Günlük işlər təbiət və mövsümlərə uyğun olaraq formalaşır.
Polat, uşaqlarının tablet və telefonlardan uzaq böyüməsini önəmli sayır. Ailəvi olaraq torpaqla məşğul olmaq və istehsala qatılmaq, uşaqların gündəlik həyatında yer alır. Aktyor, bu təcrübənin uşaqlarının davranışlarına və məktəb həyatına müsbət təsir etdiyini bildirir.
Bülent Polatın köyə yerləşməsi onun peşəsini tamamilə tərk etdiyi anlamına gəlmir. O, serial və film layihələri üçün İstanbulda olmağa davam edir və həyatının bir hissəsini Çanaqqalada keçirir.
