Rusiyalı aktrisa Nino Ninidze toy xəbərləri ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
Dergi.az xəbər verir ki, aktrisanın şəxsi həyatı ilə bağlı müzakirələr sosial mediada geniş yayılıb. Onun Maksim Vitorgan ilə münasibəti, Kirill Pletnev ilə boşanması və Mixail Kremer ilə nişanı ictimaiyyətin diqqət mərkəzində olub.
Nino Ninidze isə bu müzakirələrə çox nadir hallarda reaksiya verib. O, sosial mediada sirli paylaşımlar edərək, toy və ya nişan xəbərlərinə dair birbaşa suallardan qaçıb və ya qeyri-müəyyən cavablar verib.
Aktrisa son açıqlamasında toy xəbərlərinin həqiqətə uyğun olmadığını bildirib və şəxsi həyatının detalları ilə bağlı daha çox açıqlama verməkdən imtina edib.
