Rusiyalı aktyorlar Viktoriya İsakova, Danila Kozlovski, Pavel Tabakov, İrina Starşenbaum və Maksim Vitorgan Moskvada keçirilən “Danila Kozlovski ilə Kino sınaqları” adlı yaradıcılıq gecəsində iştirak ediblər.
Dergi.az xəbər verir ki, tədbir Le Salon de Courvoisier mədəniyyət məkanında baş tutub. Maksim Vitorganın rəhbərliyi altında məşhur qonaqlar ironiya ilə dolu kino sınaqlarında iştirak ediblər.
Viktoriya İsakova “Alqışlar, alqışlar” filmindəki qəhrəmanına çevrilib, Pavel Tabakov və İrina Starşenbaum isə “Tale İroniyası” filmindən bir səhnəni canlandırıblar.
Oksana Akinsinanın sevgilisi Danila Kozlovski isə Marina Moskvina nəsrindən bir parça oxuyub. Gecənin sonunda qonaqlar “La-La Land” filminin son səhnəsini izləyiblər.
