Türkiyəli aktrisa Yasemin Yazıcı “Sen Kimsən?” adlı yeni serialda ispan Sofiya obrazını canlandıracaq.

Dergi.az xəbər verir ki, yanvar ayında yayımlanmağa başlayacaq 97 adlı yeni rəqəmsal platform üçün çəkilən serialın çəkilişləri Adıyamanda davam edir. Levent Onanın rejissorluğu ilə hazırlanan bu layihə 10 dəqiqəlik 10 seriyadan ibarətdir.

Yasemin Yazıcı serialda Jessica Mayin canlandırdığı Nina obrazının yaxın dostu kimi ekranlara çıxacaq. Serialın prodüserliyini Shortcut, dəstəyini isə Doping Hafıza həyata keçirir.

Alper Sarıkayanın ssenaristliyini etdiyi və kreativ prodüserliyini Esra Seyrekbasanın üstləndiyi “Sen Kimsən?” serialı 12 yanvar 2027-ci il tarixində izləyicilərə təqdim olunacaq.