Amerikalı model Emili Ratajkovski “OnlyFans” platformasının analoqu olan “Subs.com”da hesab açıb.
Dergi.az xəbər verir ki, Emili bu barədə sosial şəbəkələrdə məlumat verib və platformanın ortaq sahibinə çevrildiyini bildirib.
Emili Ratajkovski açıqlamasında “Tumblr” və “Blogspot” dövründə böyüdüyünü, internetdə özünə məxsus kiçik bir guşəyə sahib olmağın maraqlı olduğunu qeyd edib. “Subs.com”un ona sevimli məkanlarından və bəyəndiyi əşyalardan maraqlı fotolar paylaşa biləcəyi bir məkanı xatırlatdığını vurğulayıb.
