Amerikalı aktrisa Megan Foks özünün OnlyFans analoqu olan Subs.com platformasını istifadəyə verib.

Dergi.az xəbər verir ki, aktrisa bu xəbəri sosial media hesabında paylaşdığı yeni fotoşəkillərlə təsdiqləyib. 40 yaşlı Foks çəhrayı alt paltarı geyinərək, dollarlarla örtülmüş vəziyyətdə görüntülənib.

Foksun 2009-cu ilə istinad etməsi onun məşhurluğunun zirvəsinə çatdığı dövrlə əlaqələndirilir. Həmin il “Transformerlər 2: Düşmüşlərin qisası” və “Cenniferin bədəni” filmləri ilə tanınmışdı.

Son zamanlar aktrisanın üzündəki dəyişikliklər sərt tənqidlərə səbəb olub. Foksun üzündəki dəyişikliklərə görə onu çoxsaylı tənqidlərə məruz qoyublar.

Megan Foks Subs.com platformasında hesab açmaqla yanaşı, onun sahiblərindən biri olub. Platformada eksklüziv foto və videolarını izləmək üçün istifadəçilər aylıq 20 dollar ödəməlidir.