Amerikalı aktrisa Megan Foks viqra reklamında iştirakına görə sosial mediada tənqid edilib. Aktrisa qırmızı dar kombinezon geyinərək özünü viqra həbi kimi təqdim edib.

Dergi.az xəbər verir ki, sosial media istifadəçiləri aktrisanı “Transformers” ulduzunun belə bir reklamda iştirak etməsinə görə təəccüblə qarşılayıb. Həmçinin, Megan Foksun bədənindəki dəyişikliklər və üzündəki dəyişikliklər də müzakirə edilib.

İki il əvvəl Megan Foks sinə böyütmə əməliyyatları etdiyini, həmçinin hər zaman ombalarını böyütməyi arzuladığını etiraf edib. Aktrisa bir il əvvəl dördüncü övladı Sagu Bleyd adlı qızını dünyaya gətirib.

Qeyd edək ki, son illərdə Megan Foksun karyerası ciddi eniş yaşayıb. Lakin bu yay “Cenniferin Bədəni” filminin davamında rol alacağı məlum olub. Ekspertlər bu filmin onun karyerasını yenidən canlandıracağını düşünür.