Oktyabrın 12-də Vətən müharibəsinə həsr olunan “44” filminin təqdimat mərasimi keçirilib.
Dərgi.az xəbər verir ki, filmdə rol alan məşhur türkiyəli aktrisa Özge Gürel təqdimata həyat yoldaşı, aktyor Serkan Çayoğlu ilə birlikdə qatılıb.
Çayoğlu həyat yoldaşına dəstək olmaq və onu tək qoymamaq üçün Bakıya gəlib. Məşhur cütlüyün təqdimat mərasimində iştirakı diqqət çəkib.

