Türkiyəli aktrisa Hande Erçelin doğum günü partisində taxdığı üzüyün 2 milyon TL dəyərində olduğu iddia edilib.
Dergi.az xəbər verir ki, aktrisa 33 yaşını yaxın dostları ilə qeyd edib və sosial media hesabında partiyadan fotolar paylaşıb. Fotolarda diqqət çəkən əsas məqam isə Hande Erçelin barmağındakı üzük olub.
İddialara əsasən, üzük dünyaca məşhur İtalyan zərgərlik markasının dizaynlarından biridir və Hande Erçel həmin markanın qlobal marka elçisi kimi tanınır. Üzüyün 2 milyon TL dəyərində olduğu bildirilib.
Hande Erçel lüks markalara olan seçimi ilə tez-tez gündəmə gəlir və bu dəfə də doğum günü paylaşımındakı mücevheri ilə müzakirə mövzusu olub.
