Türkiyəli müğənni Derya Uluğ və musiqiçi Asil Gök uzun müddətdir davam edən münasibətlərini rəsmiləşdiriblər.

Dergi.az xəbər verir ki, cütlük təxminən 10 ildir birlikdədir və noyabrın 25-də İstanbulda keçirilən nikah mərasimi ilə həyatlarını birləşdirib.

Ailə üzvlərinin, yaxın dostlarının və incəsənət dünyasından çoxsaylı tanınmış şəxslərin iştirak etdiyi mərasimdən ilk görüntülər sosial şəbəkələrdə paylaşılıb.