Müğənni Rafet El Roman həmkarları Derya Uluğ və Asil Gökün toyuna səhvən qatılması ilə gecəyə damğa vurub.
Dergi.az xəbər verir ki, El Roman jurnalistlərlə söhbətində toyda olduğunu müxbirlərdən öyrəndiyini zarafatla ifadə edib. O, “Önəmli bir görüşümüz vardı, sizdən öyrəndim ki, buradaymışam. Madem gəldik, müsahibə də verim” deyib.
Rafet El Roman şəxsi həyatı ilə bağlı da danışaraq azərbaycanlı Rahimə Hacıyeva ilə nişanlandığını açıqlayıb. Məşhur müğənni “Həyatımda belə xüsusi bir birlikdəlik yaşamamışam. Açıq və net söyləyirəm, sevdim və sevilirəm. İkimiz arasında bu qədər gözəl yaşanır. Doğru şəxsi indi tapdım” deyib.
Rafet El Roman daha əvvəl 1996-2003-cü illərdə Tuğba Altıntop və 2014-2016-cı illərdə Ceren Kaplakarslan ilə evli olub. Üç övladı olan müğənninin Tuğba Altıntopdan Su və Şəvval adlı iki qızı, 2010-cu ildə Yeşim Eryıldırımdan isə Edvan adlı bir oğlu dünyaya gəlib.
