Müğənni Derya Uluğ və Asil Gök 10 illik münasibətlərini evliliklə taclandırıblar. Türkiyəli müğənni Serdar Ortaç onların toyunda səhnəyə çıxaraq maraqlı bir sual verib.
Dergi.az xəbər verir ki, 25 noyabrda İstanbulda keçirilən toy mərasimində Serdar Ortaç Derya Uluğa “Bu oğlanda nə tapdın?” sualını ünvanlayıb. Uluğ isə “Yaraşıqlı, mərhəmətli və çox istedadlı” cavabını verib. Cütlüyün səhnədəki dialoqu qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Derya Uluğ və Asil Gök uzun illərdir həm şəxsi həyatlarında, həm də musiqi fəaliyyətlərində birlikdə addımlayırlar. 2026-cı ilin əvvəlində evlilik qərarı alan cütlük, Asil Gökün təklifindən sonra hazırlıqlara başlayıb və iyun ayında nişanlanıblar. 25 noyabr axşamı baş tutan toyda ailələri, yaxın dostları və sənət aləmindən bir çox şəxs iştirak edib.
