Türkiyəli aktyor Cem Yiğit Üzümoğlu, Kazım Koyuncu haqqında çəkilən “Kazım: Yarım Kalan” filmində müğənninin obrazını canlandırıb.

Dergi.az xəbər verir ki, filmin treyleri ilə birlikdə Üzümoğlunun Kazım Koyuncu rolunda keçirdiyi böyük dəyişiklik də nümayiş etdirilib. Aktyor, rolu üçün aylarca davam edən hazırlıq prosesi nəticəsində 19 kiloqram arıqlayıb və Koyuncunun xarakterik xüsusiyyətlərini əks etdirmək üçün xüsusi makiyaj və diş hazırlıqları həyata keçirilib.

Filmin rejissoru Özcan Alper, Üzümoğlunun makiyaj prosesinə şəxsən nəzarət edib. Aktyorun fiziki və səhnə enerjisini tam şəkildə əks etdirmək üçün beynəlxalq mütəxəssislərin dəstəyi ilə çalışılıb.

Cem Yiğit Üzümoğlu, Kazım Koyuncunun musiqiçi kimliyini yaşatmaq üçün xüsusi gitar və şan dərsləri alıb. Bu hazırlıq prosesi Kazım Koyuncunun yaxın dostlarından biri olan Deniz Bayrak ilə birlikdə həyata keçirilib.

“Kazım: Yarım Kalan” filmi 1 yanvar tarixində tamaşaçılarla görüşəcək və Kazım Koyuncunun həyatını və musiqisini əks etdirəcək.

XƏBƏRİN VİDEOSU