Türkiyəli müğənni Derya Uluğ və Asil Gök 10 illik münasibətlərini evliliklə tamamlayıblar. Serdar Ortaç toyda Derya Uluğa zarafatla sual verib.
Dergi.az xəbər verir ki, 25 noyabrda İstanbulda keçirilən toy mərasimində səhnəyə çıxan Serdar Ortaç, Derya Uluğ və Asil Gökün xoşbəxt gününə mahnıları və söhbəti ilə rəng qatıb. Səhnədə ikili ilə əyləncəli dialoq quran Ortaç, Asil Gökü nəzərdə tutaraq “Bu oğlanda nə tapdın?” deyə soruşub. Derya isə bu sualı “Yaraşıqlı, mərhəmətli və çox istedadlı” sözləri ilə cavablandırıb. İkilinin səhnədəki dialoqu qonaqlar tərəfindən alqışlarla qarşılanıb.
Uluğ və Gök 2026-cı ilin əvvəlində evlilik qərarını almışdılar. Asil Gökün evlilik təklifinin ardından hazırlıqlara başlayan cütlük iyun ayında nişanlanmışdı. 25 noyabr axşamı İstanbulda baş tutan toyda onları ailələri, yaxın dostları və sənət dünyasından bir çox məşhur tək qoymayıb.
