Amerikalı reper Kanye West və avstraliyalı memar Bianca Censori yenidən toy etməyi planlaşdırır.
Dergi.az xəbər verir ki, bu barədə məlumatı Censorinin xalası Kelly Avstraliyanın “The Fox” radio şəbəkəsindəki “Fifi, Fev & Nick” səhər proqramında açıqlayıb.
Kelly, proqramın “Kimlə qohumsan?” bölməsində zəng edərək, Censorinin ailəsinin bir çox üzvünün gələn ay keçiriləcək mərasim üçün xaricə gedəcəyini bildirib.
O, “Onlar evlidirlər, amma andlarını yenidən təkrarlayacaqlar” deyə qeyd edib. Lakin Kelly özü bu mərasimə dəvət edilmədiyini gülərək əlavə edib.
Qeyd edək ki, Censori və West 2022-ci ilin dekabrında evlənib və onların münasibətləri ictimaiyyətin diqqət mərkəzindədir.
