Amerikalı reper Kanye Westin 13 yaşlı qızı Nort Uest “Halloween” obrazı ilə pərəstişkarlarını təəccübləndirib.

Dergi.az xəbər verir ki, yeniyetmə britaniyalı realiti-şou ulduzu Natali Nannın obrazına girib.

Nort Uest obrazı üçün üzərində “Zeus” yazısı olan qara mayka, dəri yubka və tanınan aksesuarlar seçib. Bənzərliyi daha da artırmaq üçün onun vizajist xidmətindən də yararlandığı ehtimal olunur.

Onun bu görünüşünü təkcə izləyiciləri deyil, realiti-şou ulduzunun özü də bəyənib.