Amerikalı müğənni Miley Cyrus döş xərçənginin üçüncü mərhələsinə diaqnoz qoyulan pərəstişkarı Cash Jacobsun başını qırxıb.

Dergi.az xəbər verir ki, Jacobs sosial mediada Cyrusun diqqətini çəkmək üçün video paylaşaraq müğənnidən onun başını qırxmasını xahiş edib. Cyrusun komandası bu çağırışa cavab verib və oktyabrın 18-də Hollywood Bowl-da keçirilən konsertdən sonra müğənni Jacobsun başını qırxıb.

Jacobs bu anı Instagram və TikTok-da paylaşaraq “Flowers” ifaçısına təşəkkür edib. Cyrus videoda “Həqiqətən bunu edirik?” deyə soruşub və “Mən əvvəllər də başımı qırxmışam” deyə zarafat edib.

Grammy mükafatçısı fanatına “Eyni anda həm yumşaq, həm də güclü ola bilərsiniz” deyərək onu ruhlandırıb. Cyrus əlavə edib ki, hər kəsin əzabları fərqlidir və qarışıq hisslər keçirmək normaldır.

Jacobs Cyrusun musiqisinin ona çətin dövrlərdə dəstək olduğunu bildirib və başını müğənninin qırxmasının onun üçün “həyatının fürsəti” olduğunu vurğulayıb.