Türkiyəli aktyor Kıvanç Tatlıtuğ “Organize İşler: Karun Hazinesi” serialında Sarı Saruhan obrazını canlandırarkən göbəyi ilə diqqət çəkib.

Dergi.az xəbər verir ki, sosial mediada Tatlıtuğun göbəyi ilə bağlı müzakirələr yaranıb. Bəzi istifadəçilər bu göbəyin süni intellektlə yaradıldığını, digərləri isə protez ola biləcəyini iddia ediblər.

“Organize Sohbetler: Beyaz Özel” proqramında Beyazıt Öztürk Kıvanç Tatlıtuğa “Göbək sənin həqiqi göbəyindir?” sualını verib. Aktyor isə səhnədə ayağa qalxaraq göbəyini bir anda şişirib və bu hərəkəti proqram iştirakçılarını güldürüb.

Bu anlar qısa müddətdə sosial mediada geniş yayılıb.

SOSİAL MEDİA MƏZMUNU