Türkiyəli model və aktrisa Itır Esen ilə menecer həyat yoldaşı Engin Aykanat Parisdəki romantik nikahlarından sonra İstanbulda unudulmaz bir toy təşkil ediblər.
Dergi.az xəbər verir ki, sentyabr ayında sadə bir mərasimlə nişanlanan cütlük, Parisdə dünyaevinə girdikdən bir ay sonra İstanbulda möhtəşəm bir toy mərasimi keçirib. Toyda sənət və cəmiyyət həyatının məşhur simaları iştirak edib.
Çağatay Ulusoy cütlüyün nikah şahidi olub. Gecəyə Kıvanç Tatlıtuğ və həyat yoldaşı Başak Dizer, Devrim Özkan və Mustafa Mert Koç kimi məşhur simalar qatılıb.
Gecənin əyləncəli anlarından biri də pop musiqisinin sevilən siması Serdar Ortaçın səhnəyə çıxması olub. Ortaçın ifası ilə qonaqlar coşqu dolu anlar yaşayıb.
