Türkiyəli aktyor Çağatay Ulusoyun baş rolda olduğu ‘Eşref Tek’ serialından ilk fotolar yayımlanıb.
Dergi.az xəbər verir ki, Prime Video platformasında yayımlanacaq bu yeni layihə, ‘Eşref Rüya’ serialının baş qəhrəmanı Eşref Tekin keçmişinə fokuslanır. Fotolar, həm hekayəyə dair ilk ipuçlarını, həm də kamera arxasındakı xüsusi anları nümayiş etdirir.
TİMSBİ Productions tərəfindən istehsal olunan və Timur Savcı ilə Burak Sağyaşarın prodüserliyi etdiyi ‘Eşref Tek’, izləyiciləri sevilən obrazın keçmişinə aparır. Yayımlanan şəkillərdə aktyor heyətinin canlandırdığı obrazlardan ilk görüntülər də yer alıb.
Çağatay Ulusoyun Eşref Tek obrazı ilə fərqli səhnələrdə çəkildiyi fotolarda, aktyorların çəkiliş aralarındakı əyləncəli anları da görünür. Müxtəlif məkanlarda çəkilən şəkillərdə, rejissor və texniki heyətin işləri də nümayiş etdirilib.
‘Eşref Tek’, Eşrefin bugünkü şəxsiyyətinə necə çevrildiyini, Kadir ilə qurduğu dostluğu və cinayət dünyasındakı yüksəlişinin başlanğıcını izah edir. Bu yeni serial tezliklə yalnız Prime Video-da izləyicilərlə görüşəcək.
