Rusiyalı model Anastasiya Reşetova hamiləliyin seksualizasiyasını və populyarlaşdırılmasını təklif edib.

Dergi.az xəbər verir ki, Reşetova “Voice Man Awards” mükafatında Rihannanın hamiləlik dövründə geyim tərzindən ilham alıb-almadığı barədə suala cavab verib. O, Rihannanın hamiləlik obrazlarının məşhurlar arasında ən parlaq olduğunu bildirib.

Reşetova hamiləlik dövründə bir neçə dəfə açıq qarınla fotolar çəkdirib. O, ikinci hamiləliyinin daha çətin keçdiyini, toksikoz səbəbindən səhərlər baş ağrısı və zəifliklə başladığını qeyd edib.

Reşetova keçmiş sevgilisi, reper Timatinin yeddi yaşlı oğlu Rətmirin anasıdır. O, bu yaxınlarda Valeri Tsvek ilə evlənib. Cütlük tənqidlərə məruz qalıb, lakin Reşetova sakitliyi üstün tutduğunu bildirib.