Türkiyəli aktyor Barış Falay Nişantaşında keçirilən bir tədbirdə jurnalistlərin suallarını cavablandırıb.
Dergi.az xəbər verir ki, Falay rollardakı kostyum və aksesuar detalları ilə bağlı dəqiqliyini vurğulayıb. Aktyor, kostyum tarixi və kostyum rejissorluğu üzrə təhsil aldığını və işinin hər sahəsində diqqətli olmağa çalışdığını bildirib.
Falay yeni bir serial hazırlığında olduğunu və bir komediya filmi ilə tamaşaçılarla görüşəcəyini açıqlayıb. O, 27 ildir televiziya ilə yanaşı, teatrda da hər il ən azı üç-dörd fərqli rolla səhnəyə çıxdığını qeyd edib.
Aktyor, film və serial sektorunda danışılan böhranlarla bağlı fikirlərini də bölüşüb. İş seçimində maddi məsələləri ön planda tutmadığını vurğulayan Falay, əvvəlcə hekayəni və rolu sevməsi lazım olduğunu bildirib.
