Danemarkalı rejissor Mads Mengelin “The Guest” filmi Gijón Film Festival-ında Albar mükafatını qazanıb.

Dergi.az xəbər verir ki, festivalda Anthony Boyle və Yuki Katayama ən yaxşı aktyor mükafatlarını əldə ediblər. Félix De Givry isə “Adieu monde cruel” filmi ilə ən yaxşı rejissor seçilib.

“The Guest” ailə dramı olaraq Karlovy Vary festivalında nümayiş etdirilib və rejissor Mads Mengelin diqqətəlayiq debütü kimi qiymətləndirilib.

Festivalda İrlandiyalı aktyor, rejissor və yazıçı Peter Mullan və meksikalı rejissor Carlos Reygadas fəxri mükafatlarla təltif olunublar.

Festivalın direktoru Alejandro Díaz Castaño, Gijón festivalının sənətkarları və onların layihələrini icma kimi dəstəkləməsi ilə fərqləndiyini vurğulayıb.