Rusiyalı aktyor Mihail Yefremov “Vassa Jeleznova” tamaşasında iştirak edib. Tamaşa Moskvanın “Masterkaya 12” teatrında təqdim olunub.

Dergi.az xəbər verir ki, tamaşada İrina Rozanova, aktyorun sevgilisi Darya Belousova və oğlu Nikolay Yefremov da rol alıb. Tamaşanın rejissoru Nadejda Mixalkova olub.

Tamaşada Nadejda Mixalkovanın həyat yoldaşı, Xanti-Mansiysk Muxtar Dairəsinin qubernatoru Ruslan Kuxaruk da iştirak edib. O, həyat yoldaşını dəstəkləmək üçün zalda olub.

Mihail Yefremov ötən il həbsdən azad edilib və “Masterkaya 12” teatrında fəaliyyətə başlayıb. Aktyorun əvvəlki həyat yoldaşı Sofiya Kruqlikova ilə boşandığı və Darya Belousova ilə birlikdə yaşadığı bildirilir.