Amerikalı reallıq şou ulduzu Kim Kardaşyan Las Veqasda keçirilən “Formula 1” yarışında sevgilisi, Ferrari komandasının pilotu Lüis Hemiltona dəstək olub.

Dergi.az xəbər verir ki, biznesmen qadın parlaq qırmızı dəri kostyum və iri gün eynəkləri ilə diqqət çəkib. Kardaşyan sosial media hesabında yarışçının şəkli ilə yanaşı poz verdiyi fotoşəkil paylaşıb.

Kim Kardaşyan və Lüis Hemiltonun münasibətləri 2026-cı ilin əvvəlindən başlayıb. Onlar tez-tez birgə vaxt keçirir və sosial mediada birgə fotolar paylaşırlar. Kardaşyan yarışlar zamanı sevgilisinə dəstək olur.

Bir ay əvvəl Kim Kardaşyan 46 yaşını böyük bir tədbirlə qeyd edib. Tədbirdə Kardaşyanın yaxınları, o cümlədən Kayli Cenner, anası Kris Cenner, Xloe Kardaşyan və Kourtni Kardaşyan iştirak ediblər.