Türkiyəli məşhur müğənni Murat Boz “Dönemem” adlı yeni mahnısını təqdim etdikdən sonra Günay səhnəsində dinləyiciləri ilə bir araya gəlib.

Dergi.az xəbər verir ki, konsertdə sevilən mahnılarını səsləndirən Murat Boz, enerjili səhnə performansı ilə qonaqlara unudulmaz bir gecə yaşadıb. O, dinləyicilər arasında müəllimləri fərq edərək, anasının da müəllim olduğunu xatırladıb və duyğularını bölüşüb.

“Anamı da çox darıxmışam” sözləri ilə duyğusal anlar yaşadan Murat Boz, anasının təhsilçi kimliyinə vurğu edib. Müğənni həm öz anasının, həm də salonda olan və bütün ölkədə fəaliyyət göstərən müəllimlərin Müəllimlər Gününü təbrik edib. Bu səmimi jest konsertin ən çox danışılan anı olub.