Türkiyəli müğənni Hakkı Bulut səhnədə fenalaşıb.

Dergi.az xəbər verir ki, sənətçi səhnədə yaşadığı rahatsızlığın illərdir davam edən təzyiq probleminin və o dövrdəki stresin səbəb olduğunu ifadə edib.

Bulutun səhhətindəki vəziyyətlə yanaşı, onun əvvəllər vəsiyyət və miras paylaşımı ilə bağlı etdiyi qiymətləndirmələr də yenidən gündəmə gəlib.

Usta sənətçi uşaqlarının miras səbəbindən qarşı-qarşıya gəlməyəcəyinə inandığını və ailəsinə olan güvənini dilə gətirərək vəsiyyət hazırlamağa ehtiyac duymadığını bildirib.