Amerikalı model Bella Hadid 2026-cı il Victoria’s Secret Moda Göstərisi öncəsi sağlamlıq problemi yaşayıb.
Dergi.az xəbər verir ki, Harper’s Bazaar jurnalının qış buraxılışına verdiyi müsahibədə Bella Hadid postural ortostatik taxikardiya sindromu (POTS), premenstrual disforik pozuntu (PMDD), endometrioz və Lyme xəstəliyi kimi diaqnozlar aldığını açıqlayıb.
Model bildirib ki, simptomlar istənilən vaxt ortaya çıxa bilər və keçən ay Victoria’s Secret nümayişi öncəsi qorxulu anlar yaşayıb.
Bella Hadid podyuma çıxmadan əvvəl nəfəs ala bilmədiyini və sanki ağ ciyərlərinin çökdüyünü xatırladıb. O, bu vəziyyətin onu qorxutduğunu, çünki adətən podyumda heç bir problem yaşamadan yeriyə bildiyini qeyd edib.
Model bədəninin bəzən onun sıx qrafikini “qaldıra bilmədiyini” etiraf edib.
