Amerikalı aktrisa Ever Anderson, Dior moda evinin payız-qış 2026-2027 haute couture kolleksiyası üçün topless şəkillər çəkdirib.
Dergi.az xəbər verir ki, 19 yaşlı Ever Anderson, Çin jurnalı Numero üçün çəkilən fotolarda özünü olduğu kimi göstərdiyini vurğulayıb. Şəkillər “Ever Anderson dünyaya açıq böyüdü və zamanla ən yaxşısının özünü oynamaq olduğunu anladı” şərhi ilə yayımlanıb.
Ever Anderson, aktrisa Milla Yovoviç və rejissor Pol Andersonun böyük qızıdır. Onun rus dilini sərbəst bildiyi qeyd olunub. Ever ilk dəfə “Obitel zla: Sonuncu fəsil” filmində atasının rejissorluğu ilə 9 yaşında çəkilib.
2023-cü ildə “Peter Pan və Vendi” filmində Vendi Darling rolunu ifa edib. Bu il “Ata Cо” filmində çəkilib və film Venesiya Film Festivalında nümayiş olunub.
Milla Yovoviç də gənclik illərində tez-tez provokativ fotosessiyalarda iştirak edib. Onun 11 yaşında İtalyan jurnalı Lei üçün çəkildiyi məlumdur.
