Amerikalı aktrisa və müğənni Teyana Taylor “Allure” jurnalının üz qabığı üçün yeni görünüşü ilə diqqət çəkib.
Dergi.az xəbər verir ki, Teyana Taylor parlaq çəhrayı saç rəngi ilə pərəstişkarlarını təəccübləndirib. Fotosessiya zamanı o, “Saint Laurent” brendinə məxsus mavi bodi və “Cartier” zinət əşyaları ilə poz verib.
Digər fotolarda isə eyni moda evinin yarımşəffaf geyimində görüntülənib. Aktrisa çəkilişlərdə tünd rəngli qısa saç düzümü ilə də fərqlənib.
