Türkiyəli müğənni Ziynet Sali, Sezen Aksunun ona hədiyyə etdiyi “Tam İsabet” adlı yeni mahnısının uğurunu İstanbul Bostancı Gösteri Mərkəzində təşkil olunan konsertlə qeyd edib.
Dergi.az xəbər verir ki, Ziynet Sali konsertdə hit mahnılarının yanı sıra yunan dilində əsərlərdən ibarət repertuarı ilə minlərlə musiqisevərə unudulmaz gecə yaşadıb. O, “Tam İsabet” mahnısını ilk dəfə canlı ifa edib. Dinləyicilər mahnılara birlikdə qoşularaq sənətçini alqışlarla qarşılayıb.
Gecədə Sudi Etuz və Generation 78 imzalı səhnə kostyumları ilə də diqqət çəkən Ziynet Sali güclü ifası ilə böyük bəyənmə toplayıb.
Yeni mahnısı ilə bağlı hisslərini paylaşan Ziynet Sali, Sezen Aksuya təşəkkür edərək “Mahnı musiqili bir dad verir. İçimdəki musiqi qadınını yenidən canlandırdı. Sezen Aksu illər əvvəl mənə verdiyi “Beş Çayı” mahnısında “Yaraşmazmı, ayıb olarmı dəvətim?” deyərkən aradan illər keçdi, indi də əlaqə növlərini sorğulayır. Sən nə böyük bir ozansan! Səninlə eyni əsrdə yaşadığım üçün çox şanslıyam,” deyib.
