Türkiyəli məşhur müğənni və bəstəkar Sezen Aksunun Sertab Erenerin 1994-cü ildə çıxan “Lal” albomunda yer alan “Mecbursun” mahnısının yaranma hekayəsi açıqlanıb.
Dergi.az xəbər verir ki, Sezen Aksu, həmin dövrdəki həyat yoldaşı Ahmet Utlunun motosikletinin arxasında səyahət edərkən ağlına gələn melodiyanı unutmamaq üçün bir kafeteryada dayanıb. O, kafeteryanın telefonundan Sertab Erenerin ev nömrəsini yığaraq, telesekretere melodiyanı oxuyub.
Telefonu açan olmayınca, Sertab Erenerin evindəki telesekreterə “Sertab, sakın bu mesajı silmə!” deyə not qoyub. Bu telesekreter qeydi daha sonra “Mecbursun” mahnısının məşhur nəqaratına çevrilib.
Bu hekayə Sezen Aksunun yaradıcılıq proseslərinin nə qədər unikal və təsadüfi olduğunu göstərir.
