Türkiyəli müğənni Ziynet Sali Sezen Aksu ilə növbəti əməkdaşlığını təqdim edib. Ziynet Sali “Tam İsabet” adlı yeni mahnısını dinləyicilərə təqdim edib.
Dergi.az xəbər verir ki, mahnı bu gün bütün rəqəmsal platformalarda yayımlanıb və ilk saatlardan etibarən siyahıların zirvəsində qərarlaşıb.
Mahnının sözləri və musiqisi Sezen Aksuya aiddir. Aranjirovka Ozan Bayraşa tərəfindən hazırlanıb və mahnı müasir və dinamik tərzi ilə diqqət çəkir.
Melih Kunun rejissorluğu ilə çəkilən klipdə 90 nəfərlik böyük bir komanda çalışıb. Klip sosial mediada geniş müzakirələrə səbəb olub və trend videolar arasında yer alıb.
