Türkiyəli aktrisa Aleyna Solaker “Güllər və Günahlar” serialında canlandırdığı Azra obrazı ilə bağlı maraqlı açıqlamalar verib.

Dergi.az xəbər verir ki, aktrisa MAG jurnalına müsahibəsində Azra obrazının yaşadığı çətinliklərə baxmayaraq, yaxşı qalmağa çalışmasının onu dərindən təsirləndirdiyini bildirib. Solaker, Azra’nın gələcək seriyalarda daha da güclənməsini istədiyini ifadə edib. O, Azra’nın yalnız övladı üçün ayaqda durduğunu və uşağı uğruna hər şeyi gözə aldığını vurğulayıb.

Aktrisa, Azra ilə Cihan (Serdar Orçin) arasındakı mürəkkəb münasibət dinamiklərinə də toxunub. Solaker, Cihan’ın xaricdən baxıldığında Azra’ya aşiq, qoruyucu və yaxşı bir həyat yoldaşı kimi göründüyünü, lakin qapalı qapılar arxasında Azra’nın psixoloji şiddətə və təzyiqə məruz qaldığını bildirib.

Aleyna Solaker, Azra obrazına həyat verməyə başladıqdan sonra oxşar proseslərdən keçən bir çox qadından emosional mesajlar aldığını açıqlayıb. Aktrisa, bu hekayənin tamaşaçılar arasında bu qədər güclü bir əks-səda doğurmasının onun üçün çox mənalı olduğunu və layihənin bir parçası olmaqdan qürur duyduğunu deyib.