Türkiyəli aktrisa Devrim Özkanın rol aldığı “Yeraltı” serialında diqqətçəkən bir səhv baş verib.
Dergi.az xəbər verir ki, Now TV-də yayımlanan “Yeraltı” serialının 22-ci bölümündə Ceylan obrazının geyimi ilə bağlı bir səhv sosial mediada müzakirə olunub. İlk səhnədə Ceylanın mini ətəyinin altında olan külotlu corab növbəti səhnədə qara corabla əvəzlənib.
Bu səhv izləyicilərin diqqətindən qaçmayıb və sosial mediada geniş müzakirə mövzusuna çevrilib. İzləyicilər “Detaylara bu qədər diqqətsiz yanaşılması çox qəribədir” kimi tənqidlər səsləndiriblər.
Serialda Uraz Kaygılaroğlu, Devrim Özkan, Deniz Can Aktaş və İsmail Hacıoğlu kimi məşhur simalar yer alır.
