Türkiyəli aktyor Çağatay Ulusoy “Eşref Tek” serialının çəkilişlərinə başlayıb və yeni obrazı üçün xeyli çəki atıb.
Dergi.az xəbər verir ki, aktyorun son görüntüləri sosial şəbəkələrdə böyük marağa səbəb olub. İzləyicilər onun dəyişən görünüşünü çoxsaylı şərhlərlə qarşılayıblar.
Ulusoyun artıq çəkiləri ilə bağlı əvvəlki xəbərlərdən sonra bu arıqlama prosesi izləyicilər tərəfindən diqqətlə izlənilib.
