Türkiyəli aktrisa Ezgi Şenler “Evlilik Gözəldir” serialının heyətinə daxil olub.
Dergi.az xəbər verir ki, Ece Erdek və Hatice Sağlamın rejissorluq etdiyi Greative Film istehsalı olan bu layihə, Keremcemdən sonra Ezgi Şenleri də heyətinə əlavə edib. Aktrisanın seriala qatılması magazin pərdəarxasında böyük səs-küy yaradıb.
Ezgi Şenler daha əvvəl “Kara Kış” və “Sürgünlər” seriallarında çıxışı ilə tanınıb. “Evlilik Gözəldir”də isə o, Çağla obrazını canlandıracaq. Aktrisanın Ferit Aktuğun canlandırdığı Ali Rıza obrazının partnyoru olacağı bildirilib.
Serialın hazırlıqları sürətlə davam edir və Ezgi Şenlerin ilk çəkiliş günü sabah başlayacaq. Güclü rejissor və aktyor heyəti ilə diqqət çəkən “Evlilik Gözəldir” serialının yayımlanma tarixi və kanalı da maraqla gözlənilir.
