İnfluenser Fidan Zeynin səhhətində problem yaranıb və o, əməliyyat olunacaq.

Dergi.az xəbər verir ki, bloger bu barədə instaqram hesabında məlumat paylaşıb. Fidan bildirib ki, onkoloji xəstəlikdən şübhələndiyi üçün biopsiya testi verib.

O qeyd edib ki, ikinci dərəcəli zədəli toxumalar aşkar edilib və üçüncü dərəcə xərçəng hesab olunurmuş. Bloger əlavə edib ki, bir az da gec getsəydi, vəziyyət fərqli ola bilərdi.

Fidan sabah əməliyyat olunacağını və zədəli toxumaların dərin götürüləcəyini vurğulayıb. Əməliyyatdan sonra yenidən biopsiya ediləcək və nəticələrə baxılacaq.