Türkiyəli aktrisa Nebahat Çehre 82 yaşında olmasına baxmayaraq gənc və dinamik görünüşünün sirrini açıqlayıb.

Dergi.az xəbər verir ki, aktrisanın sözlərinə görə, gözəl görünməyin yolu yalnız xarici görünüşə diqqət yetirməkdən keçmir. Sağlam olmaq, huzurlu yaşamaq və özünə yaxşı baxmaq da ən az bunun qədər önəmlidir.

Nebahat Çehre gözəlliyin yalnız dəri baxımı və ya xarici görünüşlə məhdudlaşmadığını bildirib. O, “Gözəllik içdən xaricə doğru yansıyan bir şeydir” deyərək illərdir benimsədiyi həyat fəlsəfəsini izah edib.

82 yaşlı aktrisanın illərə meydan oxuyan görünüşü bu açıqlamalardan sonra yenidən müzakirə mövzusuna çevrilib. Aktrisa gündəlik həyatında qısa yuxu fasilələri verdiyini və təxminən 15 dəqiqə yatdığını qeyd edib.

Nebahat Çehre stressdən uzaq və huzurlu bir həyat yaşamağa üstünlük verir. O, yaxşı dostların həyatın vacib bir parçası olduğunu və dostluqların insan üçün əhəmiyyətini vurğulayıb.