Türkiyəli aktyor Emre Kınay “Foodball” proqramının yeni mövsümündə ilk qonaq olub.
Dergi.az xəbər verir ki, Nazlıcan Elestekinin təqdimatında yayımlanan proqramda Emre Kınay, Duru Teatrının idarə etdiyi Dudu Restoranda öz bacarıqlarını nümayiş etdirib. O, restoranın şefi Efe ilə birlikdə mətbəxə keçərək, Roma və Napoli pizza üslublarını birləşdirən xüsusi fermentləşdirilmiş xəmir ilə pizza hazırlayıb.
Kınay, “Uydurmasyon” adını verdiyi İtalyan pizzasını hazırlayarkən pandemiya dövründə bəslədiyi ekşi mayasına “Hamiyet” adını verdiyini, lakin onu itirdiyini də qeyd edib.
Emre Kınay, Fenerbahçənin basketbol və qadın voleybol komandalarından məmnun olduğunu, lakin futbolda eyni həyəcanı tapmadığını bildirib. O, Fenerbahçe tarixinin ən böyük əfsanəsi olaraq Alex de Souzanı göstərib.
