Türkiyəli aktrisa Kübra Balcan “Eşref Tek” serialına qoşulub.
Dergi.az xəbər verir ki, “Prime Video”nun yeni mövsümdə təqdim edəcəyi bu layihə “Eşref Rüya” fenomenini rəqəmsal platformaya daşıyan ən iddialı seriallardan biri hesab olunur.
Kübra Balcan son olaraq “Doğanın Kanunu” serialında “Vera” obrazını canlandırıb və indi “Eşref Tek”də “Aysel” obrazını oynayacaq.
Balcan serialda “Kadir” obrazını canlandıran Görkem Sevindik ilə tərəf müqabili olacaq.
