Türkiyəli aktrisa Ecem Simge Yurdatapan “Eşref Tek” serialının çəkilişlərinə qatılıb.
Dergi.az xəbər verir ki, Prime Video platformasında yayımlanan və geniş izləyici kütləsi qazanan “Eşref Rüya” serialının uğurundan sonra hazırlanan davam layihəsi “Eşref Tek” üçün çəkilişlər Kiprdə başlayıb. Serialda Çağatay Ulusoyun canlandırdığı Eşref obrazının keçmişinə işıq tutulacaq.
Yurdatapan, səkkiz seriyadan ibarət olacaq bu xüsusi layihədə Sude obrazını canlandıracaq. Onun canlandıracağı Sude, Eşrefin ən güvəndiyi və ən yaxın əməkdaşlarından biri rolunu oynayacaq.
Serialın ssenarisi Ethem Özışık, Lokman Maral və Ozan Ağaç tərəfindən yazılıb, rejissoru isə Uluç Bayraktardır. Güclü ssenarisi və ulduz aktyor heyəti ilə “Eşref Tek” mövsümün ən çox diqqət çəkən layihələrindən biri olmağa namizəddir.
